Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərindəki ərzaq istehsalı zavodunun direktoru İrina Qaprindaşvili müəssisənin yeni mövsümə hazırlaşdığını bildirmişdir. O demişdir ki, hazırda zavodun işçiləri pomidor və xiyar şitillərinin yetişdirilməsi ilə məşğuldurlar.
Direktor müəssisənin müasir avadanlıqlarla təchiz olunduğunu, əlavə traktorlar, xiyar toplayan qurğular alındığını qeyd etmişdir.
Müəssisəni kənd təsərrüfatı məhsulları ilə "Marneuli aqro" şirkəti və yerli fermerlər təmin edirlər. İtaliya avadanlıqları ilə təchiz olunmuş zavod sutkada 500 ton pomidor emal etmək gücünə malikdir. Müəssisə tam avtomatlaşdırılmışdır ki, bu da keyfiyyətli məhsul istehsalına şərait yaradır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...