Ən müasir texnologiyaların tətbiq olunduğu Şahdağ" Elektrik Şəbəkəsi (ES) respublikamızın şimal bölgəsinin elektrik enerjisinə olan tələbatının təmin olunmasında böyük əhəmiyyət kəsb edir. Bu şəbəkə bölgədə mövcud olan turizm potensialından daha səmərəli istifadə edilməsi üçün münbit infrastrukturun yaradılması, eyni zamanda bölgənin sosial-iqtisadi inkişafı baxımından da mühüm rola malikdir.
"Azərenerji" ASC-dən AzərTAc-a bildirmişlər ki, cari ilin iki ayı ərzində müəssisədə elektrik enerjisi istehsalı 77 milyon kilovat-saata yaxın olmuşdur. Fevral ayında isə 39,2 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilmişdir. Ötən ildə isə müəssisədə enerji istehsalı təxminən 303,3 milyon kilovat-saat təşkil etmişdir.
Enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi məqsədilə həyata keçirilmiş tədbirlər nəticəsində bu dövrdə elektrik enerjisi istehsalı üzrə digər texniki göstəricilərdə də müsbət nailiyyətlər əldə olunmuşdur
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...