PDF Oxu

İqtisadiyyat

  • 32

Xəzəryanı dövlətlərin başçıları Moskvada görüşəcəklər

Xəzəryanı dövlətlərin başçıları Moskvada görüşəcəklər

"Xəzərin hüquqi statusu ilə bağlı açıq məsələlər var və onlar ətrafında intensiv müzakirələr aparılır". SİA-nın məlumatına görə, bunu jurnalistlərə xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.Nazir müavini deyib ki, bu məsələlər və Həştərxan sammitinin yekunları dünən Türkmənistanın Aşqabad şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun 36-cı iclasında Həştərxan sammitinin yekun sənədləri və digər məsələlər müzakirə edilib: "Görüşdə razılaşdırılıb ki, xəzəryanı dövlətlərin xarici işlər nazirləri aprelin 22-də Moskvada keçiriləcək sammitdə yenidən toplansın. Ancaq Moskva sammitinə qədər razılaşdırılmayan məsələlər ətrafında xarici işlər nazirlərinin müavinləri səviyyəsində bir neçə dəfə işçi qrupunun iclası keçiriləcək".X. Xələfov onu da deyib ki, Rusiyanın təşkilatçılığı ilə Moskvada bu ilin birinci yarısında Xəzəryanı dövlətlərin prezidentlərinin növbəti görüşü keçiriləcək: "İndiyə qədər Bakı, Tehran və Aşqabadda Xəzəryanı dövlətlərin prezidentlərinin görüşləri keçirilib. Növbəti sammit Rusiya tərəfindən təşkil olunur. Sammitin keçirilməsində əsas məqsəd Xəzər dənizinin hüquqi statusuna aid olan məsələlərin razılaşdırılması və bu istiqamətdə danışıqların davam etdirilməsini gücləndirmək üçün impulsun verilməsidir".Nazir müavini Xəzərin hüquqi statusunda razılaşdırılmayan məsələləri də açıqlayıb: "Razılaşdırılmayan məsələlər su səthinin suverenlik zonasının, sərhəd xətlərinin, balıqçılıq sahəsinin, elmi-tədqiqat zonasının dəqiqləşdirilməsi, ekologiya, təhlükəsizlik məsələləri, fövqəladə halların nəticələrinin aradan qaldırılması, bioresursların qorunması və istifadə olunmasıdır. Ancaq, bu məsələlər İşçi Qrupunda razılaşdırıla bilər".Nazir müavini qeyd edib ki, danışıqlar həm beştərəfli, həm ikitərəfli, həm də üçtərəfli keçirilir.

sia.az

Digər xəbərlər