Mart ayında 61 min 215 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunmuşdur.İcbari Sığorta Bürosundan AzərTAc-a bildirmişlər ki, bunların 19,8 minə yaxınını xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil etmişdir. Bu dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 4,4 milyon manatdan çox olmuşdur.Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 1,7 faiz, sığorta haqlarının məbləğində 2,4 faiz artım müşahidə edilmişdir.Cari ilin mart ayında orta sığorta haqqı 72,9 manat təşkil etmişdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...