PDF Oxu

İqtisadiyyat

  • 30

“Azəriqaz” İstehsalat Birliyində mərkəzləşdirilmiş qəza və təmir-bərpa xidməti yaradılacaqdır

“Azəriqaz” İstehsalat Birliyində mərkəzləşdirilmiş qəza və təmir-bərpa xidməti yaradılacaqdır

"Azəriqaz" İstehsalat Birliyinin (İB) təmir-tikinti idarəsinin nəzdində mərkəzləşdirilmiş qəza və təmir-bərpa xidməti yaradılacaqdır.

Birliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, may ayında qurumun strukturunda müəyyən dəyişikliklər olunacaqdır. Mayın 15-dən etibarən Bakı şəhəri və Abşeron rayonu üzrə qaz istismar sahələrinin tərkibindəki qaz kəmərləri və avadanlıqlarının istismarı və qəza dispetçer xidmətləri ləğv ediləcəkdir.

Yeni yaradılacaq qəza və təmir-bərpa xidmətinin əsas vəzifəsi xətlərdə yaranan qəzaların operativ şəkildə aradan qaldırılması olacaqdır.

AzərTAc

Digər xəbərlər