PDF Oxu

İqtisadiyyat

  • 32

Bakıda iki yolda təmir işlərinə başlandı

Bakıda iki yolda təmir işlərinə başlandı

Bakıda daha iki küçədə təmir-tikinti işlərinə başlanılıb. Bu barədə SİA-ya Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. O bildirib ki, birinci mərhələdə Həsən Əliyev küçəsi ilə Əhməd Rəcəbli küçələrində bordürlər dəyişdirilir.Onun sözlərinə görə, bordürlər yenisi ilə əvəz edildikdən sonra, köhnə asfalt örtüyü qaşınacaq, yeni asfalt-beton örtüyü vurulacaq: "Yolun uzunluğu 1,3 km təşkil edir. Bu yolda tikinti işləri Əhməd Rəcəbli küçəsinin Ziya Bünyadov küçəsi ilə kəsişməsindən, Süleyman Sani Axundov küçəsinə birləşən əraziyə qədər həyata keçiriləcək. İkinci mərhələdə S. S. Axundov küçəsindən Azadlıq prospektinə birləşən hissə də təmir olunacaq".

sia.az

Digər xəbərlər