2014-cü ilin mart ayı ərzində Bakı-Tbilisi –Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 386 min 284 ton Azərbaycan nefti nəql olunmuşdur.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən bildirmişlər ki, ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2014-cü il aprel ayının 1-ə qədər BTC-yə 242 milyon 145 min 657 ton neft vurulmuşdur. Bundan başqa, cari ilin mart ayında BTC kəməri ilə 282 min 370 ton Türkmənistan nefti, 382 min 540 ton isə Qazaxıstan nefti nəql olunmuşdur.
yap.org.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...