Bakı şəhərinin Nobel prospektinə paralel 8 zolaqlı yeni avtomobil yolunun inşası davam etdirilir.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, layihəyə əsasən, avtomobil yolunun uzunluğu 2 min 200 metr təşkil edəcəkdir.
Eyni zamanda, yol boyu 3 piyada keçidinin tikintisi də planlaşdırılır. Piyada keçidlərindən ikisi iki giriş-çıxışlı, biri isə üç giriş-çıxışlı olacaqdır. Keçidlərin hər giriş-çıxışında ekskalatorlar quraşdırılacaqdır.
Hazırda piyada keçidlərinin birində əsas işlər başa çatdırılmışdır. Digər iki piyada keçidində isə işlərin 60 faizi görülmüşdür.
Tikinti işlərinin 2015-ci ilədək yekunlaşdırılması nəzərdə tutulmuşdur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...