Bərdə rayonunda elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
"Azərenerji" ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, son üç ayda "Bərdə" Elektrik Şəbəkəsi Müəssisəsində təmir-bərpa işləri aparılmış, yeni elektrik xətləri çəkilmişdir. Bu dövrdə şəbəkənin balansında olan 40-dan artıq transformator məntəqəsində də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Şəbəkənin xidməti ərazisində sayğacdankənar istifadə hallarına qarşı ciddi tədbirlər görülür. Cari ilin iki ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 370-dən artıq istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar olunmuşdur. Ötən iki ayda müəssisə üzrə 42,5 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilmişdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...