PDF Oxu

İqtisadiyyat

  • 38

Sığorta sahəsində qanunvericilik aktları sadə dildə tərtib ediləcək

Sığorta sahəsində qanunvericilik aktları sadə dildə tərtib ediləcək

Azərbaycanda sığorta sahəsində qanunvericilik aktlarının əhalinin geniş kütlələri tərəfindən anlaşılan sadə dildə yazılan versiyalarının tərtib edilməsi Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Hüquq Komitəsinin bu həftə keçirilən iclasında müzakirə edilib. ASAdan SİA-ya verilən xəbərə görə, iclasda Mülki Məcəllənin sığorta ilə bağlı olan 50-ci fəslinin mətninin anlaşılan sadə dildə yazılan versiyasının tərtib edilməsi məsələsinə baxılıb. Müzakirələrdə Maliyyə Nazirliyinin Maliyyə və sığorta bazarlarının tənzimlənməsi şöbəsinin sektor müdiri Zəka Mirzəyev, Dövlət Sığorta Nəzarəti Xidmətinin Lisenziyalaşdırma, ərizə və şikayətlər şöbəsinin rəisi Mahir Abdullayev iştirak edib.İclasın yekununda Mülki Məcəllənin sığorta ilə bağlı olan 50-ci fəslinin 4 maddəsinin mətninin bir nümunə olaraq müxtəlif sığorta şirkətlərinin hüquqşünasları tərəfindən anlaşılan sadə dildə yazılan versiyalarının tərtib edilməsi və onların arasından ən uğurlu yanaşmanı seçməklə 50-ci fəslin tam mətninin anlaşılan sadə dildə yazılan versiyalarının tərtib edilməsi qərara alınıb. 10 gün ərzində ən münasib yanaşma Nazirlik tərəfindən seçiləcək, onu hazırlayan şəxslər müvafiq işçi qrupuna cəlb olunacaq. Bundan başqa, Mülki Məcəllədə öz əksini tapan sığortalılar üçün "Yaddaş vərəqi"nin vahid formasının hazırlanması planlaşdırılır.

sia.az

Digər xəbərlər