Azərbaycan Respublikası Sahibkarklar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) öz ofisində 15 illik yubileyini qeyd edib. ASK-dan SİA-ya verilən xəbərə görə, Tədbirdə İqtisadiyyat və Sənaye, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Həmkarlar İttifaqları Konfederasiyasının, TÜSİAB, ATİB, Beynəlxalq Əmək Təşkalatının Bakı ofisinin təmsilçisi, həmçinin 30-dən çox sahibkar iştirak edib..ASK-nın prezidenti Məmməd Musayev tədbiri açaraq, mərasimdə iştirak edən qonaqlara öz təşəkkürünü bildirib. M.Musayev ASK-nın 15 il ərzində qazandığı uğurlardan,həmçinin həyata keçirilən layihələr barədə məlumat verib. Bildirib ki, ölkənin iqtisadi inkişafında konfederasiyasının da özünəməxsus payı var. Dövrün tələblərinə uyğun olaraq Azərbaycan Sahibkarlar Konfederasiyası 09 aprel 1999-cu il tarixdə Sahibkarlar Assosiasiyası kimi qeydə alındıqdan bir müddət sonra konfederasiya statusunda fəaliyyət göstərib, 15 il ərzində ölkədə sahibkarlığın inkişafına öz töhfəsini verib. Belə ki, Konfederasiya tərəfindən sahibkarlara kömək məqsədilə xüsusi tədbirlər planı işlənib hazırlanır və həyata keçirilir.Konfederasiya ölkədə iş adamlarının maraqlarından çıxış edən və sahibkarlığın inkişafına dəstək verən ümumrespublika ictimai birliyi kimi özündə minlərlə sahibkarlıq subyektini, o cümlədən 70-ə qədər assosiasiya və birlikləri birləşdirir.M.Musayev onu da qeyd edib ki, Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, onun ən modern əsaslarla təkmilləşdirilməsi istiqamətində əsas yol xəritəsi olmaqla, qarşıdakı illərdə sahibkarlığın inkişafı üçün geniş imkanlar açılacaq. Bu yaxınlarda aidiyyəti dövlət qurumları ilə birlikdə dünyanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınmaqla sahibkarlıq sahəsində 8 istiqamət üzrə geniş islahatların aparılması müəyyənləşəcək. Bu istiqamətdə fəaliyyətə start verilib.Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov konfederasiyanın 15 illik yubileyi ilə əlaqədar təbrik və səmimi arzularını bildirib. S.Məmmədov qeyd edib ki, ölkəmizdə sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir, bu istiqamətdə kompleks qaydada tədbirlərədövlət dəstəyi verilir. Bütün bunların nəticəsidir ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb, məşğulluqda özəl sektorun payı 73,9%-ə, vergi daxilolmalarında 72,4%-ə yüksəlib, ÜDM-də özəl sektorun xüsusi çəkisi 80%-i ötüb.Tədbirin davamında qonaqlar da ASK ilə bağlı xoş sözlərini bildiriblər.
"Cari ilin sonuna qədər Dövlət Proqramı çərçivəsində 30 yeni vaqonun alınması gözlənilir". Bunu SİA-ya açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSM) mətbuat katibi Nadir Əzməmmədov deyib.Onun sözlərinə görə, alınacaq vaqonlar gələn il istismara verilməsi nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolunda istifadə olunacaq: "Hazırda vaqonların alınması istiqamətində danışıqlar gedir".Qurum rəsmisi bildirib ki, paytaxtdan bölgələrə doğru hərəkət edən qatarların hərəkət sürətinin artırılması gözlənilir: "2015-ci ilə qədər dəmir yollarının təmiri işi aparılacaq, identifikasiya prosesi həyata keçiriləcək. Daha sonra qataraların hərəkət sürəti artırılacaq. Bununla da insanlar daha qısa müddətdə daha çox məsafə qət edə biləcəklər".
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...