PDF Oxu

İqtisadiyyat

  • 32

Aydın Hüseynov: “BVF-in hesabatında Azərbaycanın dayanıqlı və davamlı inkişafı açıq şəkildə öz əksini tapıb”

Aydın Hüseynov: “BVF-in hesabatında Azərbaycanın dayanıqlı və davamlı inkişafı açıq şəkildə öz əksini tapıb”

Beynəlxalq Valyuta Fondu (BVF) "Dünya İqtisadiyyatının İnkişaf Perspektivləri" ("World Economic Outlook") adlı yeni hesabatını dərc edib. SİA-nın sözügedən hesabata istinadən verdiyi xəbərə görə, sənəddə dünya ölkələrinin 2015 və qarşıdakı illərə dair makroiqtisadi inkişaf göstəriciləri, maliyyə-bank sektorundakı sabitlik vəziyyəti, ölkələrin daxili və xarici borc öhdəliklərinin durumu, həyata keçirilən pul-kredit siyasəti və digər komponentlər təhlil edilib. Eyni zamanda sənəddə Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı nikbin proqnozlara yer verilib. Belə ki, hesabatda qeyd edilir ki, gələn il respublikamızda iqtisadi artım 5,2 faiz təşkil edəcək. İnkişaf dinamikası sonrakı illərdə də davam edəcək.Hesabatla bağlı münasibətini bildirən Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynovun sözlərinə görə, Valyuta Fondunun yeni hesabatında Azərbaycanın dayanıqlı və davamlı inkişafı açıq şəkildə öz əksini tapıb. "Hesabatdan da göründüyü kimi Azərbaycan hökuməti ölkədə makroiqtisadi sabitliyin saxlanması, milli iqtisadi potensialın artırılması, neft sektoru amilinin azalması və qeyri-neft sektorunun inkişafı, əlverişli investisiya və biznes mühitinin yaradılması siyasəti yürüdür. BVF hesab edir ki, respublikamız inkişaf dinamikasına görə Avropa miqyasında aparıcı dövlətlərdən biri sayılır. Azərbaycanda son illərdə əhəmiyyətli dərəcədə müsbət göstəricilər və dayanıqlılıq müşahidə olunur. İqtisadiyyata kredit yönəldilməsi və pul kütləsi artıb, insanların maddi rifahı yaxşılaşıb. Həyata keçirilən təmkinli və düşünülmüş iqtisadi strategiya respublikamızın siyasi və iqtisadi sabitliyi üçün dərin əsaslar yaradıb, inkişafı sürətləndirib".A.Hüseynov qeyd edib ki, BVF-nin ölkəmizlə bağlı yaxın 5 il üzrə proqnozlarında Azərbaycanın regionda ən sabit və dinamik inkişaf edən ölkə olacağı müəyyən edilib. "Valyuta Fondu Mərkəzi Asiya və Qafqaz regionunda ən yüksən inkişaf edən ölkə kimi Azərbaycanın 2015-2019-cu illərdə perspektin inkişafının ümidverici olduğunu bildirir. Proqnozlara görə, milli məhsulun inkişaf dinamikası ölkə vətəndaşlarının illik gəlirlərinin artımına da şərait yaradacaq. 2014-2017-ci illər ərzində ÜDM-də əhalinin hər nəfərinə düşən pay ən azı 15% artacaq. Yaxın ortamüddətli ssenarilərə görə, 2014-cü ildə ÜDM-in adambaşına həcmi 5,8% artaraq 6,5 min manata, 2015-ci ildə 6,4% artaraq 6,9 min manata, 2016-cı ildə 5,3% artaraq 7,1 min manata, 2017-ci ildə 7,4 min manata çatacaq. Ümumilikdə, 2020-ci ilə kimi adambaşına düşən ÜDM-in 9 min manata catacağı proqnozlaşdırılır. Sosial-iqtisadi inkişaf proqnozlarına əsasən, qarşıdakı üç ildə özəl sektorun çəkisi də əhəmiyyətli dərəcədə artaraq ÜDM-də təxminən 81,8%-ə çatacaq. Azərbaycan həmin dövrdə Cənubi Qafqaz iqtisadiyyatının təxminən 90%-lik payına sahib olacaq".YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavininin sözlərinə görə, Azərbaycan yaxın illərdə iqtisadiyyatın həcminə görə, dünyanın 50 inkişaf etmiş ölkəsi sırasında yer almağı hədəf seçib. Respublikamız ümumi daxili məhsulun (ÜDM) həcminə görə, dünyanın ən yaxşı 50 ölkəsi sırasına daxil olmaq üçün iqtisadiyyatı 2 dəfə artırmağı planlaşdırır. Mövcud iqtisadi artım və ssenarilər onu göstərir ki, hər il ÜDM-in 5,-6 faizlik artım dinamikası nəzərdə tutulan həddə çatmağa imkan verəcək.

sia.az

Digər xəbərlər