PDF Oxu

İqtisadiyyat

  • 12

II Xəzər Beynəlxalq Su Texnologiyaları Konfransı işə başlayıb

II Xəzər Beynəlxalq Su Texnologiyaları Konfransı işə başlayıb

Bu gün Bakıda "Azərsu" ASC-nin təşkilatçılığı ilə II Xəzər Beynəlxalq Su Texnologiyaları Konfransı işə başlayıb. SİA-nın xəbərinə görə, konfransda iştirak edən Azərbaycanın baş nazirinin müavini Abid Şərifov ölkə Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.Azərbaycanın son illət əldə etdiyi uğurları barədə məlumat verən Abid Şərifov deyib ki, ölkədə müəyyən vaxtlarda su problemi yaşanıb: "Problemin həlli istiqamətində son illər xeyli kompleks tədbirlər həyata keçirilib, bir sıra su mənbələri yenidən qurulub. Qeyd edim ki, qısa zamanlarda Ceyranbatan ultrasüzgəcli su kanalı istifadəyə veriləcək. Çirkab suların toplanması üçün yığılan mənbələr yenilənəcək".Konfransda iştirak edən "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov deyib ki, hazırda Azərbaycanın su təchizatı və kanalizasiya sektorunda davamlı və dinamik inkişaf müşahidə olunur. Onun sözlərinə görə, son illər bu sektorunda genişmiqyaslı işlər görülüb: "Ölkə əhalisinin keyfiyyətli və fasiləsiz içməli su ilə təmin edilməsi dövlətimizin prioritet məqsədlərindəndir".Tədbir sektor üzrə inkişafın prioritetləri və mövcud problemlərin həlli istiqamətlərinin müzakirəsi ilə davam edib.

sia.az

Digər xəbərlər