Bakı şəhərinin Böyükşor küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsində qapalı tipli yol ötürücüsünün inşasına başlanılmışdır.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, layihəyə görə, 6 hərəkət zolaqlı yolun uzunluğu 610 metr, eni 26 metrdir. Yanaşma yollarının uzunluğu isə 1100 metr təşkil edir.
Hazırda tunelin qapalı hissəsinin üzlük piltələrinin quraşdırılması, işıqlandırma sistemi, yan yollara mərmər bordürlərin qoyulması işləri həyata keçirilir. Gələn ayın əvvəlindən yanaşma yollarında asfaltlanma işləri aparılacaqdır.
Cari ilin iyun-iyul aylarında bütün işlərin yekunlaşması nəzərdə tutulmuşdur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...