Aprelin 14-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin 40 illiyi ilə əlaqədar bu ali məktəbdə "Su təsərrüfatı və mühəndis kommunikasiyanın müasir problemləri və ekologiya" mövzusunda Beynəlxalq elmi–praktik konfrans öz işinə başlamışdır.
AzərTAc xəbər verir ki, tədbirdə su mühəndisliyi sahəsində tədris potensialının gücləndirilməsi və tədris planının modelləşdirilməsi vasitəsilə təhsilin keyfiyyətini artırmağın zəruriliyi vurğulanmışdır.
Konfransda Təhsil Nazirliyinin, "Azərsu", "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar cəmiyyətlərinin və digər dövlət qurumlarının nümayəndələri, xarici ölkələrin ali təhsil müəssisələrindən olan alim və mütəxəssislər iştirak edirlər.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...