Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda yaz-tarla işləri geniş vüsət almışdır.
Rayon statistika idarəsindən AzərTAc-a bildirmişlər ki, torpaq mülkiyyətçiləri qısa müddətdə 2 min 536 hektar sahədə yazlıq əkin işləri aparmışlar. Bunun 450 hektarı kartof, 639 hektarı tərəvəz, 854 hektarı yem bitkiləri, 277 hektarı emal üçün şəkər çuğunduru, 175 hektarı günəbaxan, 99 hektarı lobya, 42 hektarı qarğıdalıdır.
Hazırda sahələrdə yaz-tarla əkini davam edir. Rayonda ötən ilin payızında səpilmiş 11 min 123 hektar taxıl əkinlərinin becərilməsi də müvəffəqiyyətlə həyata keçirilir. Sahələrə gübrə verilir, alaq otlarına qarşı herbisid çilənir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...