PDF Oxu

İqtisadiyyat

  • 6

Göyçayda yazlıq bitkilərin əkini davam edir

Göyçayda yazlıq bitkilərin əkini davam edir

Göyçay rayonunda yazlıq bitkilərin əkini sürətlə davam edir.

Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, tərəvəzçiliklə məşğul olan fərdi təsərrüfat sahibləri hazırda əkin sahələrinə aqrotexniki qulluq göstərirlər. Rayonun 25-ə yaxın kəndində əhalinin 70 faizi istixanalarda pomidor və xiyar yetişdirir. Həyətyanı sahələrin hər birində 2-3 və daha çox istixana vardır.

Bu günədək rayonda ümumilikdə 1557 hektar sahədə yazlıq bitkilər əkilmişdir. Bunun da 852 hektarını tərəvəz, 80 hektarını qarğıdalı, 150 hektarını kartof, 55 hektarını bostan sahələri təşkil edir. Yazlıq bitkilərin əkini davam edir. Bu il rayonda 1500 hektar sahədə yazlıq bitkilərin əkiləcəyi gözlənilir. Kəndlilər sahələrdən bol və tez məhsul götürmək üçün sahələrə yüksək aqrotexniki qulluq göstərirlər.

Mayın əvvəlində istixanalardan məhsul yığımına başlanılacaqdır.

Ötən il rayonda istehsal olunan tərəvəz məhsullarının təxminən 50 faizi Rusiya bazarlarına aparılmışdır.

Fermerlər və fərdi təsərrüfat sahibləri kartof, qarğıdalı, soğan, sarımsaq, kələm və digər bostan məhsullarının da əkininə başlamışlar.

Rayonda yonca səpini də başa çatdırılmışdır. Bu il 420 hektar sahəyə yonca toxumu səpilmişdir. Hazırda rayonda 5568 hektar sahədə yonca sahəsi mövcuddur. Bundan əlavə, hazırda rayonda 15 min 524 hektar taxıl sahəsinə aqrotexniki qulluq göstərilir.

AzərTAc

Digər xəbərlər