PDF Oxu

İqtisadiyyat

  • 12

Enerji ötürücülərində dayanıqlıq yüksək səviyyədə təmin olunur

Enerji ötürücülərində dayanıqlıq yüksək səviyyədə təmin olunur

"Şirvan" Regional Elektrik Şəbəkəsi (REŞ) Müəssisəsində texniki iqtisadi göstəricilərin daha da yaxşılaşdırılması, elektrik verilişi xətlərinin və yarımstansiyaların dayanıqlılığının daha da möhkəmləndirilməsi məqsədilə yenidənqurma və təmir işləri son üç ayda uğurla davam etdirilmişdir. Müəssisənin balansına aid hava elektrik verilişi xətlərində və yarımstansiyalarda təmir işləri həyata keçirilmişdir.

"Azərenerji" ASC-dən AzərTAc-a bidlirmişlər ki, 330 kilovoltluq (kV) III "Şirvan", 220 kV-lik III "Masallı" və I "Şirvan" hava elektrik verilişi xətlərində yenidənqurma və müxtəlif təynatlı təmir-bərpa işləri aparılmışdır.

Müvafiq dövrdə "Masallı" "Cihazlar", "Boradigah", "Astara" və digər yarımstansiyalarda da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Paralel olaraq həmin bu yarımstansiyalarda yağ açarları təmir olunmuşdur. İcrası reallaşdırılan tədbirlər enerji ötürücülərində dayanıqlığın yüksək səviyyədə təmin edilməsinə geniş imkanlar açır.

AzərTAc

Digər xəbərlər