Cari ilin birinci rübündə əhalinin gəlirləri 2013-cü ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq 9,1 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi orta hesabla 969,2 manat və ya ayda 323,1 manat təşkil etmişdir.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,2 faiz bəndi üstələyərək 3,2 faiz olmuşdur.
Gəlirlərin 70,9 faizi son istehlaka, 8,6 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,2 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 18,3 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir.
Əhalinin sərəncamında qalan gəlir 8,3 milyard manat təşkil etmiş və əvvəlki ildəkinə nisbətən 4,8 faiz artmışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...