PDF Oxu

İqtisadiyyat

  • 12

Heyvandarlıq məhsulları istehsalı artmışdır

Heyvandarlıq məhsulları istehsalı artmışdır

Ağsu rayonunun heyvandarları cari ilin birinci rübünü uğurla başa vurmuşlar.

Rayon icra hakimiyyətinin iqtisadiyyat şöbəsindən AzərTAc-a bildirmişlər ki, 2014-cü ilin ilk üç ayında bölgədə 1169 ton ət (diri çəkidə), 6731 ton süd, 2 milyon 637 min ədəd yumurta istehsal olunmuşdur. Bütün sahələr üzrə göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artmışdır. Artım ət istehsalında 63 ton (diri çəkidə), süd istehsalında 2111 ton, yumurta istehsalında isə 669 min ədəd təşkil etmişdir

AzərTAc

Digər xəbərlər