PDF Oxu

İqtisadiyyat

  • 12

“Azerspace-1” rabitə peyki üzrə proqnozlaşdırılan gəlirlər bu il təxminən 15 milyon dollar həcmində olacaqdır

“Azerspace-1” rabitə peyki üzrə proqnozlaşdırılan gəlirlər bu il təxminən 15 milyon dollar həcmində olacaqdır

Cari ildə "Azerspace-1" rabitə peyki üzrə proqnozlaşdırılan gəlirlər təxminən 15 milyon dollar həcmində olacaqdır.

AzərTAc xəbər verir ki, bu barədə jurnalistlərə məlumat verən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov demişdir ki, ötən il bu göstərici 10 milyon dollar olmuşdur. Bu il ilk peyk proqramı üzrə kreditləri ödəmək üçün Maliyyə Nazirliyinin ayırdığı vəsaitlərdən istifadə olunacaq və 2015-ci ildə peyk gəlir gətirəcəkdir.

"Azerspace-1" və digər peyklərdən yayımı həyata keçirilən ümumrespublika, regional və xarici televiziya kanallarının, həmçinin səs və datanın peyklərə ötürülməsini təmin etmək məqsədilə İdarəetmə Mərkəzinin ərazisində Yayım Mərkəzinin qurulması üzrə işlər aparılır. Bu məqsədlə müvafiq avadanlıq gətirilərək quraşdırılmışdır. Yayım Mərkəzinin 2014-cü ilin ikinci rübündə tam quraşdırılaraq istifadəyə verilməsi nəzərdə tutulur.

AzərTAc

Digər xəbərlər