"Bu gündən etibarən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təsərrüfatlarına yaz baxışı başlayır". Bu barədə SİA-ya "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.Onun sözlərinə görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərovun rəhbərliyi ilə başlayan kampaniya 10 gün davam edəcək: "Kampaniyada təsərrüfatların və tikililərin saxlanışı vəziyyəti, eyni zamanda stansiyalarda, müəssisələrdə, təşkilatlarda hərəkətin təhlükəsizliyinin təmin olunması, ətraf mühitin qorunması və texniki təhlükəsizlik qaydalarına riayət olunması yoxlanılır. Böyük-Kəsik stansiyasından başlayan tədbirin sonrakı hərəkət xətti Böyük-Kəsik-Hacıqabul, Horadiz-Osmanlı, Astara-Şirvan-Ələt, Yalama-Sumqayıt, Ələt-Biləcəri, Abşeron sahəsi, Biləcəri, Bakı sərnişin, Bakı yük, Keşlə, H. Z. Tağıyev -çeşidləmə, Güzdək, Xırdalan stansiyaları və dəmir yolunun bütün qolları olmaqla sahə və istiqamətlər üzrə davam edəcək".
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...