PDF Oxu

İqtisadiyyat

  • 13

Azərbaycanın tranzit qovşağa çevrilir

Azərbaycanın tranzit qovşağa çevrilir

Ölkə üzərindən tranzit trafikin təşkil olunması üçün tədbirlər davam etdirilir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ilin əvvəlindən beynəlxalq rabitənin keyfiyyətinin artırılması və kanal sayının trafik həcminə uyğun tənzimlənməsi məqsədilə "Rostelekom" ASC, "UkrTelekom", "Vodafon-Turkey", "Deutsche Telekom" və "TATA Communications" istiqamətlərində əlavə portlar qoşulmuş, Birləşmiş Ərəb Əmirliklərinin "Etısalat", Ukraynanın "Kiyevstar" və Finlandiyanın "Telia Sonera", Kanadanın "Certburg Network" şirkətləri ilə yeni birbaşa kanallar təşkil edilmişdir.

Hazırda ölkənin beynəlxalq telefon kanallarının sayı 7317 ədəd təşkil edir. Eyni zamanda, Azərbaycandan dünya ölkələrinə çıxış terminal trafikinə görə hesablaşma qiymətlərinin tənzimlənməsi, ölkəyə giriş trafikinin azalma səbəblərinin araşdırılması istiqamətində zəruri tədbirlər görülmüşdür.

AzərTAc

Digər xəbərlər