PDF Oxu

İqtisadiyyat

  • 11

Səbail rayonunda bir sıra obyektlərin inşası başa çatdırılmışdır

Səbail rayonunda bir sıra obyektlərin inşası başa çatdırılmışdır

Cari ilin ilk rübü ərzində paytaxtın Səbail rayonunda bir sıra müxtəlif təyinatlı obyektlərin tikintisi işləri aparılmışdır.

Bu barədə AzərTAc-a rayon icra hakimiyyətindən bildirmişlər.

Qeyd olunmuşdur ki, həmin dövrdə rayon ərazisindəki 2 nömrəli şəhər poliklinikasında, "Turac" uşaq bağçasında, Bibiheybət qəsəbəsində mədəniyyət evi və qəsəbə kitabxanasında aparılan əsaslı təmir-yenidənqurma işləri başa çatdırılmışdır.

Bununla yanaşı, 20-ci sahə ərazisindəki 109 nömrəli 35 kilovoltluq yeni yarımstansiyanın və Badamdar qəsəbəsində yerləşən yeni idman kompleksinin, eləcə də 3 yeni su anbarının tikintisi davam etdirilir.

AzərTAc

Digər xəbərlər