Ölkə ərazisindəki tükənməyən enerji mənbələrindən daha səmərəli istifadə edilməsi məqsədilə Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Samux rayonunda aqroenerji yaşayış kompleksinin tikintisinə başlanılmışdır.
Dövlət Agentliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, kompleksdə 5 meqavat gücündə günəş, 5 meqavat gücündə külək elektrik stansiyaları, 2 meqavat gücündə geotermal stansiya və 2 meqavat gücündə isə bioqaz qurğusunun inşası nəzərdə tutulmuşdur.
Layihə çərçivəsində ilkin mərhələdə 300 ailənin məskunlaşması və işlə təmin olunması üçün binalar, sosial obyektlərlə birlikdə heyvandarlıq, quşçuluq, bitkiçilik, istixana, emal müəssisələri, suvarma sistemləri də tikiləcəkdir. Kompleksdə bütün elektrik və istilik enerjisi təminatı ekoloji cəhətdən təmiz, tullantısız, avtonom alternativ mənbələr hesabına formalaşacaqdır.
Kompleksin inşasında dövlət büdcəsindən ayrılmış vəsaitlə yanaşı, sahibkarlar tərəfindən də sərmayələr qoyulmuşdur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...