Sahibkarlığın inkişafı ilə əlaqədar cari ilin birinci rübündə Tovuz rayonu üzrə sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə Sahibkarlığa Kömək Milli Fondundan 23 layihə üzrə 277,5 min manat, digər banklardan isə 5616 fiziki şəxsə 10 milyon 82 min 600 manat kreditlər verilmişdir.
Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, Sahibkarlığa Kömək Milli Fondundan ayrılan kreditlər hesabına 60 iş yerinin açılması nəzərdə tutulmuşdur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...