Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyyətinin istehsalat sahələrində texnoloji proseslərin ətraf mühitə təsirinin minimuma endirilməsi, istehsalatın fasiləsizliyinin təmin edilməsi, eləcə də obyektlərin, qurğu və avadanlıqların istismar müddətinin artırılması istiqamətində mütəmadi zəruri tədbirlər həyata keçirilir.
QSC-dən AzərTAc-a bildirmişlər ki, cari ilin əvvəlindən başlayaraq digər sahələrlə yanaşı, müəssisənin tullantıların emalı departamentinin 6-cı sahəsində də profilaktik təmir işləri görülür.
Bu işlərin həyata keçirilməsində ARDNŞ və Heydər Əliyev adına Bakı neft emalı zavodu yaxından dəstək göstərir. İlk növbədə havaya atılan zərərli tullantıların qarşısını alınması məqsədilə Bakı neft emalı zavodu tərəfindən flotatorların üst örtükləri yenidən quraşdırılır. QSC tərəfindən isə mexaniki təmizləyici qurğularda zəruri profilaktik təmir işləri yerinə yetirilir.
Hazırda çökdürücü göllərin üst örtüklərinin rənglənməsinə başlanmışdır. Eyni zamanda, sahənin elektrik və kommunal təsərrüfatında da profilaktik təmir işləri aparılır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...