PDF Oxu

İqtisadiyyat

  • 20

Masallıda pomidor əkininə başlanılmışdır

Masallıda pomidor əkininə başlanılmışdır

Bir neçə gündür ki, Masallı rayonunda pomidor əkininə başlanılmışdır.

AzərTAc xəbər verir ki, fermerlər bu il "Bolqar", "Naviçok" və "Tetan" sortllarına daha çox üstünlük verirlər.

Ötən il sahələrdən bol məhsul götürdüklərini vurğulayan məhsul istehsalçıları, cari ildə də məhsuldarlığın yüksək olacağını bildirmişlər.

Bu il rayon üzrə 819 hektar sahədə tərəvəz məhsullarının əkilməsi nəzərdə tutulmuşdur ki, bunun da 300 hektarını pomidor sahələri təşkil edir.

Pomidor əkininin bir həftə müddətində başa çatdırılması nəzərdə tutulmuşdur.

AzərTAc

Digər xəbərlər