PDF Oxu

İqtisadiyyat

  • 15

“Azərbaycan” İES-də cari ilin birinci rübü uğurla yekunlaşmışdır

“Azərbaycan” İES-də cari ilin birinci rübü uğurla yekunlaşmışdır

"Azərbaycan" İstilik Elektrik Stansiyasında (İES) cari ilin birinci rübü uğurla yekunlaşmışdır.

"Azərenerji" ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, burada rüb ərzində 2 milyard 119,4 milyon kilovat-saat enerji istehsal edilərək ölkə enerji sisteminə ötürülmüşdür. O cümlədən, nur istehsalçıları mart ayında 766,7 milyon kilovat-saatdan çox enerji istehsal etmişlər.

Bu dövrdə stansiyada enerji blokları və avadanlığın texniki-istismar səviyyəsinin yüksəldilməsi istiqamətində işlər davam etdirilmişdir. Bununla yanaşı, texniki tələblərə uyğun olaraq aparılmış profilaktiki yoxlama və sazlama-sınaq işləri nəticəsində stansiyada enerji blokları və avadanlığın dayanıqlı və qənaətli iş rejimləri təmin olunmuşdur.

AzərTAc

Digər xəbərlər