PDF Oxu

İqtisadiyyat

  • 13

Yüksək Texnologiyalar Parkında “Startap Bakı” toplantısı keçiriləcəkdir

Yüksək Texnologiyalar Parkında “Startap Bakı” toplantısı keçiriləcəkdir

Aprelin 26-da Yüksək Texnologiyalar Parkında "Startap Bakı" toplantısı keçiriləcəkdir.

"Startap Azərbaycan-2014" layihəsinin təşkilat komitəsindən AzərTAc-a bildirmişlər ki, toplantıda "Startap Azərbaycan" layihəsi, startap müsabiqəsinin qaydaları, milli startaplar, startap komandalarının formalaşdırılması haqqında məlumat veriləcəkdir. Eyni zamanda, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən elan edilən qrant müsabiqəsi haqqında danışılacaqdır.

Tədbirdə startapçılar, proqramçılar, dizaynerlər və marketoloqlar, internet biznesə maraq göstərənlər, startap komandaları qurmaq istəyənlər, informasiya texnologiyaları üzrə mütəxəssislər iştirak edə bilərlər.

"Startap Azərbaycan-2014" layihəsinə aprelin 18-də başlanılmışdır. Layihə çərçivəsində milli startapların müsabiqəsinin, Bakıda və regionlarda startap görüşlərinin, təlimlərinin, ənənəvi "Startap Azərbaycan" milli konfransının və digər müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Qeyd edək ki, artıq milli startapların müsabiqəsi elan olunmuşdur və hazırda "www.startup.az" resursunda qeydiyyat aparılır. "Startap Azərbaycan" komandası internet biznesin inkişafına dəstək məqsədilə tədbirlərə və görüşlərə başlamışdır.

AzərTAc

Digər xəbərlər