Nihat Budaqov, Rabil Kətanov). Aprelin 23-də "Caspian Energy International Media Group"un 15 illik yubileyi çərçivəsində Bakıda Birinci Beynəlxalq "Caspian Energy Forum-2014" keçirilir.
AzərTAc xəbər verir ki, forumda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev bu ilin Azərbaycan və Xəzər regionu ölkələri üçün əlamətdar bir il olduğunu demişdir.
Qeyd olunmuşdur ki, cari il Azərbaycanda ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında 1994-cü il sentyabrın 20-də Bakıda beynəlxalq neft şirkətləri konsorsiumu ilə imzalanmış "Azəri", "Çıraq", "Günəşli" yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə "Əsrin Müqaviləsi"nin 20 illik yubileyi təntənəli qeyd ediləcəkdir. Belə bir forumun da məhz "Əsrin Müqaviləsi"nin 20 illik yubileyi çərçivəsində keçirilməsi olduqca əlamətdar bir hadisədir.
Forum öz işini sessiyalarla davam etdirmişdir.
"Enerji təhlükəsizliyinin təmin olunmasında Avropa İttifaqının Xəzər və Qara dəniz regionları ölkələri ilə qarşılıqlı fəaliyyəti" mövzusunda keçirilən birinci sessiyada neft-qaz, enerji və ekologiya sahələrinin inkişafı məsələsi müzakirə edilir. "Təbii qaz və qeyri-konvensional təbii qaz – XXI əsrin əsas enerji daşıyıcısıdır" və "Xəzərdə kəşfiyyat və hasilatın perspektivləri" mövzularında keçirilən ikinci sessiyada isə qeyri-neft sektorunun inkişafı ilə bağlı müzakirələr aparılır.
Təbirdə, həmçinin Avropanın enerji təhlükəsizliyi, Avratlantik enerji bazarı miqyasında Xəzər enerji resurslarının rəqabətə davamlılığı və perspektivləri, bərpa olunan enerji mənbələri sahəsində innovasiyaların tətbiqi, neft emalı və neft kimyası sənayesinin ekoloji aspektləri məsələlərinə toxunulmuşdur. Bundan başqa, forumda maliyyə-bank, sığorta, lizinq, telekommunikasiya, turizm, maşınqayırma, tikinti və s. qeyri-neft sektoruna innovasiyaların tətbiqi, eləcə də biznesin aparılması, biznes ilə hakimiyyət arasında dialoqun yaradılması məsələləri də müzakirə olunacaqdır.
Sessiyalar həm mühazirə, həm də diskussiya formasında keçiriləcəkdir.
Forumda Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik və beynəlxalq missiyaların nümayəndələri, Xəzər dənizi, Qara dəniz və baltik regionu ölkələrinin dövlət strukturlarının və beynəlxalq şirkətlərin rəhbərləri iştirak edirlər.
Birinci Beynəlxalq "Caspian Energy Forum-2014"-ün təşkilatçıları Caspian European Club (CEIBC) və "Caspian Energy International Media Group"dur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...