PDF Oxu

İqtisadiyyat

  • 14

Azərbaycan-Çexiya hökumətlərarası komissiyasının iclası keçirilib

Azərbaycan-Çexiya hökumətlərarası komissiyasının iclası keçirilib

Bu gün Bakı Biznes Mərkəzində Azərbaycan Respublikası hökuməti və Çexiya Respublikası hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq komissiyanın 2-ci iclası keçirilib. SİA-nın məlumatına görə, daha sonra hər iki ölkənin nümayəndələrinin iştirakı ilə Azərbaycan-Çexiya Biznes Forumu keçirilib. Forumda Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov, Çexiya Respublikasının sənaye və ticarət nazirinin müavini İrji Qavliçek, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov, Çexiyanın MDB ölkələri üzrə Ticarət-Sənaye Palatasının icraçı direktoru Frantişek Masopust və iş adamları iştirak edib.Forumda ölkələrimiz arasında qarşılıqlı iqtisadi əlaqələrdən məmnunluq ifadə olunub və iki ölkənin bundan sonra da yeni layihələrin reallaşdırılmasında iştirakı önə çəkilib.Sonda hər iki ölkənin nümayəndələri arasında iqtisadiyyat sahəsində ikitərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb və iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

sia.az

Digər xəbərlər