Cari ilin birinci rübündə Qaradağ rayonunda abadlıq və quruculuq işləri geniş vüsət almış, yaşıllıq və parklar salınmışdır.
Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, qaz emalı zavodunun ərazisində, Heydər Əliyev adına dərin özüllər zavodunun qarşısında, Bakı-Ələt (Astara) magistral avtomobil yolunun 16-cı kilometrliyində yeni yaşıllıq zolaqları salınmışdır. Rayon ərazisində təxminən 20 min kvadratmetr sahədə yaşıllıq işləri aparılmış, 5 mindən artıq ağac və bəzək kolları əkilmişdir.
Rayon ərazisindəki yollara və məhəllədaxili həyətlərə 9 min 500 kvadratmetr asfalt döşənmiş, 7 min 600 kvadratmetr sahədə asfalt altı hazırlıq işləri görülmüşdür.
Əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Lökbatan, Korgöz, Qızıldaş, Ümid, Qobustan, Ələt qəsəbələrində və Korgöz qəsəbəsinin AZNS, Ümid qəsəbəsinin yeni yaşayış massivi və Sahil qəsəbəsinin sement zavodu evləri ərazisində sel sularının qarşısının alınması məqsədi ilə kanalların çəkilməsi nəzərdə tutulmuşdur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...