"Yardımlı" Elektrik Şəbəkəsi (EŞ) Müəssisəsinin balansına aid olan paylayıcı elektrik şəbəkələrində yenidənqurma və təmir işləri davam etdirilir.
"Azərenerji" ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, cari ilin I rübündə müəssisənin balansına aid olan 10-dan artıq transformator məntəqəsində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Təmir işləri müəssisənin xidməti ərazisində olan elektrik verilişi xətlərindən də yan ötməmişdir. Bu dövrdə keçirilmiş reydlər zamanı 36 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək itirilmiş elektrik enerjisinin 8,5 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Müəssisə üzrə cari ilin I rübündə isə ümumi istehlak edilmiş elektrik enerjisinin miqdarı 5,1 milyon kilovat-saatdan artıq olmuşdur. Nəticədə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehlak 856 min kilovat-saata yaxın artmış, ödənişdə mütləq artım isə 10 faizdən çox təşkil etmişdir. O cümlədən, daimi əhali qrupunda istehlak 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 604 min kilovat-saata yaxın artaraq 3,9 milyon kilovat-saata, ödənişdə artım isə 9 faizə yaxın olmuşdur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...