PDF Oxu

İqtisadiyyat

  • 12

Cari ildə Qax rayonunda 2 min 400 hektarda qarğıdalı əkilməsi nəzərdə tutulmuşdur

Cari ildə Qax rayonunda 2 min 400 hektarda qarğıdalı əkilməsi nəzərdə tutulmuşdur

Qax rayonunun təsərrüfatlarında bir-neçə gündür ki, qarğıdalı əkininə başlanmışdır. Cari mövsümdə rayonda 2 min 400 hektar sahədə qarğıdalı əkilməsi nəzərdə tutulmuşdur.

Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, Əlibəyli, Almalı, Güllük kəndlərinin təsərrüfatlarında hələlik yüz hektara yaxın sahəyə qarğıdalı əkilmişdir.

Ötən il məhsul istehsalçıları 2 min 415 hektar sahədən 9 min 695 ton dən qarğıdalı götürmüşlər. Hər hektardan orta məhsuldarlıq 41,1 sentner olmuşdur.

Hazırda rayonun təsərrüfatlarında bostan və tərəvəz bitkilərinin əkini də mütəşəkkil qaydada etdirilir. Eyni zamanda, taxıl sahələrinə aqrotexniki qulluq göstərilir.

AzərTAc

Digər xəbərlər