Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) insan resursları departamentində Rusiyanın Neft-Qaz Biznes İnstitutunda "İnsan resurslarının idarəedilməsi" ixtisası üzrə təhsil alan nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Departamentdən AzərTAc-a bildirmişlər ki, nümayəndə heyətinə Rusiyanın "LUKoyl", "Tatneft", "Tatburneft" və digər iri neft-qaz şirkətlərində çalışan əməkdaşlar daxildirlər.
Görüşdə insan resursları departamentinin rəisi Asif Bəkirli qonaqlara ARDNŞ-in fəaliyyət istiqamətləri və insan resursları sahəsində görülən işlər barədə məlumat vermişdir.
Sonra departamentin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunmuşdur.
Qonaqlar təmsil etdikləri qurumlarda insan resursları sahəsində vəziyyət barədə danışmış, ikitərəfli əməkdaşlıq imkanları müzakirə olunmuşdur.
Sonda qonaqlara ARDNŞ-in xatirə hədiyyələri təqdim edilmişdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...