Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının 5 000 000 manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Fonddan SİA-ya verilən məlumata görə, hərracda 4 birja üzvü iştirak edib. Sifarişin ümumi məbləği nominal üzrə 51 174 000 manat təşkil edib.Sifarişlər 100.6333% qiymətdə təqdim edilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 5 000 000 manat məbləğində müəyyən edilib. İstiqraz vərəqələrinin ödəmə tarixi 21 dekabr 2023-cü ildir.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...