PDF Oxu

İqtisadiyyat

  • 14

Cari ilin birinci rübündə 150-yə yaxın müəssisə və obyekt özəlləşdirilmişdir

Cari ilin birinci rübündə 150-yə yaxın müəssisə və obyekt özəlləşdirilmişdir

Cari ilin birinci rübündə kiçik özəlləşdirmə formasında 150-yə yaxın müəssisə və obyekt, 130-a yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilmişdir.

Əmlak Məsələləri Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, bu dövrdə 115-ə yaxın qeyri-yaşayış sahəsi və 105 torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilmişdir. Səhmlərin özəlləşdirilməsi üzrə keçirilmiş 12 pul hərracında 11 səhmdar cəmiyyətin səhmlərinə hüquqi mülkiyyət sənədi verilmişdir. İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə 1 milyon manata yaxın məbləğdə investisiya qoyulmuşdur.

AzərTAc

Digər xəbərlər