Aprelin 29-da Bakıda Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatı (EPPO) tərəfindən "Elektron sertifikatları və əlaqələr informasiya sistemləri" üzrə beynəlxalq seminar işə başlamışdır.
Seminarın açılışında Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev çıxış edərək tədbirin əhəmiyyətindən, beynəlxalq təşkilatlarla, o cümlədən EPPO ilə olan uğurlu əməkdaşlıqdan, elektron sertifikatlaşdırmadan danışmışdır. Bildirilmişdir ki, bu seminar bitki mühafizəsi və karantini sahəsində ənənəvi münasibətlərin daha da inkişaf etdirilməsinə, üzv ölkələr arasında elmi-texniki və informasiya mübadiləsinin daha da genişləndirilməsinə töhfə verəcəkdir.
Aprelin 30-da başa çatacaq beynəlxalq seminarda 20 ölkədən nümayəndələr iştirak edirlər.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...