PDF Oxu

İqtisadiyyat

  • 11

Muğanlı-Yevlax avtomobil yolu yenidən qurulur

Muğanlı-Yevlax avtomobil yolu yenidən qurulur

"Muğanlı-Yevlax avtomobil yolu yenidən qurulur. Belə ki, uzunluğu 115, 2 km olan yol Bakı-Şamaxı-Yevlax avtomobil yolunun tikintisi çərçivəsində həyata keçirilib. Yolun keçdiyi ərazilər 3-cü və 4-cü kateqoriyalı idi. Hazırda 2-ci kateqoriyaya uyğun yol yenidən qurulur". Bunu SİA-ya açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib. Onun sözlərinə görə, yeni qurulan yol 2-ci texniki dərəcəli və 2 hərəkət zolaqlı olacaq: "Yol boyu 6 körpü var ki, onlardan 5-i sökülərək yenisi tikiləcək, biri isə əsaslı şəkildə təmir olunacaq. Yolu boyu müxtəlif diametrli 260 ədəd suötürücü borunun quraşdırılması nəzərdə tutulub ki, onun da 210-u artıq tikilib. Eyni zamanda 7 ədəd dairəvi yol kəsişməsi olacaq ki, onunda 2-si artıq inşa olunub. Həmin kəsişmələr də Ağdaş və Ləki hissəsindədir. Ərazidə torpaq işlərinin 98 faizi, asfaltın əsas və aralıq layının vurulmasının isə 80 faizə yaxın hissəsi yerinə yetirilib".P. Mürsəliyev onu da qeyd edib ki, layihənin bu il üçün təhvil verilməsi gözlənilir.

sia.az

Digər xəbərlər