İstehlakçılara göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsi məqsədi ilə həyata keçirilən yenidənqurma və təmir-tikinti işləri cari ilin son üç ayında "Ağdaş" Elektrik Şəbəkəsi Müəssisəsində davam etdirilmişdir.
"Azərenerji" ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, hazırda mövsümə hazırlıq çərçivəsində həm yarımstansiyalarda, həm transformator və komplekt transformator məntəqələrində, elektrik verilişi xətlərində cari və əsaslı təmir işləri aparılır.
İtkilərin azaldılması istiqamətində müvafiq tədbirlər müntəzəm həyata keçirilir. Cari ilin I rübü ərzində isə burada 50-dək qayda pozuntusu aşkar edilmiş və itirilmiş elektrik enerjisinin 9,2 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Bu dövrdə müəssisə üzrə istehlak 21,2 milyon kilovat-saatdan artıq olmuşdur. Nəticədə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 2,1 milyon kilovat-saata yaxın, ödəniş isə mütləq 9 faiz artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 12,8 milyon kilovat-saatdan artıq olmuşdur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...