Bakı şəhərində yeni piyada keçidinin tikintisi üzrə işlər davam etdirilir.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən AzərTAc-a bildirmişlər ki, Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində yerləşəcək keçidin ümumi uzunluğu 280 metr olacaqdır.
Layihədə keçidin eni 8, hündürlüyü isə 3,2 metr nəzərdə tutulmuşdur. Dörd giriş-çıxışı olacaq keçiddə 8 eskalatorun quraşdırılması planlaşdırılır.
Giriş-çıxışlardan biri "Ağ şəhərə", biri Boks Federasiyasının binasının qarşısına, digər ikisi isə yeni bulvara olacaqdır.
Piyada keçidin inşasının bu ilin sonunadək başa çatdırılması planlaşdırılmışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...