Avtobuslarda kartla ödəniş sisteminin Bakı ilə yanaşı, Xırdalan və Sumqayıt şəhərlərində də tətbiqi planlaşdırılır.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Xırdalan və Sumqayıtda avtobuslarda kart ödəniş sisteminin tətbiqi 2015-ci ilə nəzərdə tutulmuşdur.
Bakıda isə bütün ictimai nəqliyyatda tamamilə kartla ödəniş sisteminə keçidin bu ilin sonunda başa çatdırılması planlaşdırılır. Bu prosesin tamamlanması ilə ictimai nəqliyyatda nağdsız ödənişə tam keçid təmin ediləcəkdir.
Paytaxtda marşrut avtobuslarında ödəniş kartlarının oxunması üzrə validatorların quraşdırılması işləri hazırda intensiv xarakter almışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...