Sabunçu rayonunun qəsəbələrində tikinti və abadlaşdırma işləri intensiv xarakter almışdır.
Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, cari ildə Bakıxanov qəsəbəsinin 17 küçəsində 69 min kvadratmetr, Sabunçu qəsəbəsinin isə 2 küçəsində 13 min kvadratmetr sahəyə yeni asfalt örtüyü vurulmuş, ətraf sahələr abadlaşdırılmışdır.
Küçələrin işıqlandırılması məqsədilə 21,8 kilometr yeni kabel xətti çəkilmiş, 544 müasir tipli elektrik dirəyi və 1088 ədəd çıraq quraşdırılmışdır.
Çoxmərtəbəli yaşayış binalarının ərazisində 6 nümunəvi həyət yaradılmış, 7 həyətdə isə işlər davam etdirilir. Sakinlərin xeyir-şər mərasimlərinin keçirilməsinə şərait yaradılması məqsədilə Bakıxanov qəsəbəsi, Hacınski küçəsində ümumi sahəsi 300 kvadratmetr olan bir mərtəbəli bina tikilərək istifadəyə verilmiş, 1 belə binanın tikintisi isə başa çatmaq üzrədir.
Gələcəkdə daha bir neçə zəruri yerlərdə xeyir-şər evlərinin tikintisi nəzərdə tutulmuşdur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...