PDF Oxu

İqtisadiyyat

  • 11

Cari ilin yanvar-aprel ayları ərzində 62 çoxmərtəbəli binaya qaz verilmişdir

Cari ilin yanvar-aprel ayları ərzində 62 çoxmərtəbəli binaya qaz verilmişdir

Azərbaycan Respublikası Dövlət Neft şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyi (İB) çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görülmüş işlərin nəticəsidir ki, İB 2014-cü ilin yanvar-aprel ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq müvafiq sənədləri təqdim edən 62 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin etmişdir.

Təbii qazla təmin olunmuş bu binalarda ümumilikdə 6 min 735 ailə yaşayır.

AzərTAc

Digər xəbərlər