PDF Oxu

İqtisadiyyat

  • 17

Apreldə 25,8 mindən çox sığorta müqaviləsi bağlanmışdır

Apreldə 25,8 mindən çox sığorta müqaviləsi bağlanmışdır

Aprel ayında daşınmaz əmlakın icbari sığortası üzrə 24,971, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 812, sərnişinlərin fərdi qəza sığortası üzrə 92 sığorta müqaviləsi bağlanmışdır.

İcbari Sığorta Bürosundan AzərTAc-a bildirmişlər ki, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 1,767,497 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 58,320 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 54,781 manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 2,46 dəfə, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında 16,5 faiz artım müşahidə edilmişdir.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 87,43 faizi yaşayış evləri və mənzillər, 0,16 faizi inzibati binalar, 12,41 faizi digər daşınmaz əmlakla bağlı olmuşdur.

AzərTAc

Digər xəbərlər