"2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən Pirallahı qəsəbəsində iki köhnə uşaq bağçası sökülərək yerində yeni bağçalar inşa ediləcəkdir.
Rayon icra hakimiyyətindən AzərTAc-a daxil olan məlumata görə, bununla yanaşı, "Cobanyastığı" körpələr evi - uşaq bağçasının əsaslı təmiri və Gürgan qəsəbəsindəki "Qağayı" uşaq bağçasının sökülərək yerində 60 yerlik binanın tikintisi də nəzərdə tutulmuşdur.
Artan tələbatı və vətəndaşların çoxsaylı müraciətləri nəzərə alaraq Heydər Əliyev Fondu tərəfindən "Məktəbəqədər təhsil müəssisələrin inkişafı" proqramı çərçivəsində Pirallahı rayonunda 140 və 100 yerlik iki yeni uşaq bağçasının tikintisinə başlanmışdır.
S.Bağırov küçəsində inşa edilən ikimərtəbəli 140 yerlik uşaq bağçasının ümumi ərazisi 5 min kvadrat metr, sahəsi 1375 kvadrat metr, hündürlüyü isə 9,5 metr təşkil edəcəkdir.
Digər 100 yerlik uşaq bağçası isə Səməd Vurğun küçəsində inşa edilir. Bu binanın da iki mərtəbədən ibarət olması nəzərdə tutulmuşdur.
Uşaq bağçalarının tikintisinə bu ilin may ayından başlanmış və noyabr ayına qədər istifadəyə verilməsi planlaşdırılır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...