PDF Oxu

İqtisadiyyat

  • 15

Vergilər Nazirliyində Azərbaycanda Amerika Ticarət Palatasının üzvləri ilə işgüzar görüş keçirilmişdir

Vergilər Nazirliyində Azərbaycanda Amerika Ticarət Palatasının üzvləri ilə işgüzar görüş keçirilmişdir

Azərbaycanda Amerika Ticarət Palatasının təşkilatçılığı ilə Vergilər Nazirliyinin yüksək vəzifəli əməkdaşları ilə işgüzar görüş keçirilmişdir.

Azərbaycanda Amerika Ticarət Palatasından AzərTAc-a bildirmişlər ki, görüşdə ölkəmizdə fəaliyyət göstərən yerli və xarici şirkətlərin, biznes qurumlarının nümayəndələri iştirak etmişlər.

Tədbirdə çıxış edən Vergilər Nazirliyinin vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Natiq Şirinov nazirlik ilə palata arasında səmərəli əməkdaşlıq ənənələrinin olduğunu bildirmişdir.

Nazirliyin əməkdaşları palata üzvlərinə Azərbaycanda vergi qanunvericiliyində edilmiş son dəyişikliklər və əlavələr, həmçinin islahatlar və vergi hesabatlığının "e-hökumət" vasitələri ilə həyata keçirilməsi perspektivləri haqqında məlumat vermiş, iş adamlarını maraqlandıran sualları cavablandırmışlar.

Tərəflər dövlət ilə özəl sektor arasında qarşılıqlı dialoqu tənzimləməyə yönəlmiş əməkdaşlığın davam etdirilməsinin vacibliyini xüsusi vurğulamışlar.

AzərTAc

Digər xəbərlər