PDF Oxu

İqtisadiyyat

  • 29

Pirsaat-Hacıqabul dəmir yolunda əsaslı təmir işləri başlandı

Pirsaat-Hacıqabul dəmir yolunda əsaslı təmir işləri başlandı

Bu gün "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində Pirsaat-Hacıqabul mənzilində 3550 metr yolun əsaslı təmirinə start verilib."Azərbaycan Dəmir Yolları" QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, təmir işləri beş gün davam edəcək.Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir. "Dəmiryolservis" MMC-nin baş mühəndisi Əfsələddin Gəncəliyev artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlandığını və 500 metr köhnə yolun söküldüyünü bildirib.Qeyd edək ki, "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib, 10 dekabr 2013-cü ildə Ağstafa-Poylu mənzilində 317-ci kilometrin əsaslı təmiri başa çatıb. Əsaslı təmir olunmuş 317 kilometr 800 metrlik relslərlə (pletlərlə) əvəzlənib.

sia.az

Digər xəbərlər