PDF Oxu

İqtisadiyyat

  • 23

Masallıda Bambaşı-Yeyəndkənd yolu istifadəyə verilib

Masallıda Bambaşı-Yeyəndkənd yolu istifadəyə verilib

Masallıda uzun illər bərbad vəziyytədə olan kəndlərrası yolların bərpası davam etdirilir. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, uzun illər bərbad vəziyyətdə olan və qış aylarında sakinərin rayon mərkəzinə gediş-gəlişində çətinliklər yaradan Bambaşı-Yeyənkənd kəndinin yolu yenidənqurmadan sonra sakinlərin istifadəsinə verilib. Açılış mərasimində iştirak edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov əlamətdar gün münasibətilə kənd sakinlərini təbrik edib. Son illər rayon mərkəzləri ilə yanaşı kənd yollarının bərpasını Prezident İlham Əliyevin ən ucqar yaşayış məntəqələrində yaşayan sakinlərə göstərilən diqqət və qayğının bariz nümünəsi kimi qiymətləndirib. Daha sonra açılışın rəmzi olan qırmızı lent kəsildikdən sonra 7000 min əhalinin istifadə etdiyi yol sakinlərin istifadəsinə verilib.

Qeyd edək ki, uzunluğu 4 km, eni 6m, qalınlığı 6 sm olan yolun istifadəyə erilməsi kənd sakinlərinin də ürəyincə olub. Yolun uzunömürlü olması və sel sularından qorunması üçün kənd sakinləri tərəfindən suötürücü kanallar da qurulub. Əlavə edək ki, rayonda dövlət proqramına əsasən yaxın vaxtlarda 40 km-dən artıq olan daha 15 kəndin yolunun yendən qurulması nəzərdə tutulub.

sia.az

Digər xəbərlər